Kürdlərin “Suriya Demokratik Qüvvələri” alyansı (SDQ) Dəməşqin yeni hakimiyyətinin himayəsi altında vahid Suriya silahlı qüvvələrinə qoşulmağa qarşı deyil, lakin birləşmə prosesi vaxt aparır.
Ucnoqta.az xəbər verir ki, bunu SDQ komandiri Məzlum Abdi deyib.
“Biz10 mart tarixli razılaşmaya sadiqik, lakin onun həyata keçirilməsi vaxt tələb edir”, - deyə Abdi bildirib.
O, əlavə edib ki, kürd alyansı “Suriyanın vahid ordu və vahid bayraqla birliyi məsələsində mərkəzi hökumətlə razıdır”.