Dünya Boks Assosiasiyasının (WBA) kreyser çəki dərəcəsində keçmiş çempionu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qawi beş il idi ki, demensiyadan əziyyət çəkirdi.
İslamı qəbul etməzdən əvvəl Duayt Brekston adı ilə tanınan Qavi 1978-ci ildə peşəkar debüt etdi. Amerikalı əvvəllər silahlı soyğunçuluğa görə həbs cəzası çəkmişdi.
1981-ci ilin dekabrında o, amerikalı Metyu Saad Məhəmmədə qalib gələrək ilk dəfə Dünya Boks Şurasının (WBC) yüngül ağır çəkidə çempionu oldu və daha sonra bir neçə dəfə kəməri qorudu.
1985-ci ilin iyulunda o, Evander Holifildlə döyüşünə qədər kəməri saxlayaraq WBA kreyser çəki dərəcəsində çempion oldu. 2004-cü ildə o, Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.