İranın nüvə proqramı ABŞ-ın İslam Respublikası ilə qarşıdurmanı davam etdirməsi üçün sadəcə bir bəhanədir.
Ucnoqta.az xəbər verir ki, bunu ölkənin ali dini lideri Əli Xamenei deyib.
"Nüvə problemi, uranın zənginləşdirilməsi, insan haqları və bu kimi şeylər adlandırdıqları şeylər sadəcə bəhanədir. Əslində onlar bizim inancımız və təlimimizlə razılaşmırlar", - Xamenei bildirib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın nüvə obyektlərini bərpa etmək cəhdləri olarsa, onlara yeni zərbə endirməyə hazır olduğunu bildirib.