Çinidə torpaq sürüşməsi nəticəsində azı 8 nəfər ölüb

11:00 - 29 İyul 2025 - DÜNYA

Çinin şimalındakı Hebey əyalətində baş verən sürüşmə nəticəsində azı 8 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatları davam edir. Səlahiyyətlilər zərər çəkmiş ərazidə güclü torpaq rütubəti və gözlənilən yağış səbəbindən növbəti sürüşmə təhlükəsi barədə xəbərdarlıq edir.

Həmin gün Pekində leysan yağışlar nəticəsində azı 30 nəfərin öldüyü bildirilirdi. Belə ki, subtropiklərdə yüksək təzyiq zonası ilə bağlı isti və rütubətli havanın daxil olması səbəbindən son günlər Miyun bölgəsində və Pekinin digər yerlərində güclü tufan və leysan yağışları müşahidə olunub.

Xəbər xətti