Qəzza zolağına humanitar yardım daşıyan 300-dən çox yük maşını gəlib.
Ucnoqta.az xəbər verir ki, İsrailin Fələstin Ərazilərində Hökumətin Fəaliyyətinin Əlaqələndirilməsi Ofisi (COGAT) X-də bildirib. Qeyd edilir ki, dünən 120-dən çox yük maşını ilə daxil olan humanitar yardım BMT və beynəlxalq təşkilatların əməkdaşları tərəfindən toplanaraq paylanıb.
Anklava gələn ən azı daha 180 yük maşını boşaldılmasını gözləyir.