Almaniyada qatar qəzasında 50-yə yaxın insan xəsarət alıb

09:54 - 28 İyul 2025 - DÜNYA

Baden-Vürtemberq federal əyalətində qatarın relsdən çıxması nəticəsində 50-yə yaxın adam xəsarət alıb, 25 nəfər isə ağır yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Hadisə zamanı ölən 3 nəfərdən ikisi qatar maşinisti də daxil olmaqla Deutsche Bahn dəmir yolu şirkətinin işçiləri olub.
Polis qəzanın səbəbinin böyük ehtimalla torpaq sürüşməsi olduğunu təsdiqləyib.

“Ehtimallara görə, hadisə baş verən ərazidə müşahidə olunan güclü yağışlar nəticəsində kanalizasiya şaxtalarından biri daşıb. Su torpağın yamacdan aşağı sürüşməsinə səbəb olub və bu da öz növbəsində qatarın relsdən çıxmasına gətirib çıxarıb”, - Baden-Vürtemberq polisinin press-relizində deyilir.

Qəza bazar günü saat 18:10 radələrində Riedlingen şəhəri yaxınlığında baş verib. Deutsche Bahn-a məxsus regional qatarın iki vaqonu relsdən çıxıb. Qəza zamanı qatarda 100-ə yaxın insan olub.

Xəbər xətti