Azərbaycanda 21 yaşlı gəlin qayınanasını bıçaqladı

09:56 - 30 İyul 2025 - ÖLKƏ İÇİ

İyulun 29-da gecə saatlarında Astarada intihar etməsi xəbəri yayılan Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirilməsi məlum olub.

Ucnoqta.az xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən müəyyən olunub ki, o yaşadığı evdə gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova ilə ailə münaqişəsi zəminində kəsici alətlə qətlə yetirilib.

R.İmanova saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər xətti