Kamçatka sahillərində cəmi bir saat ərzində on zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Telegram kanalında məlumat verilib.
Seysmoloqların məlumatına görə, zəlzələlərin maqnitudası 4,2-5,6 bal təşkil edib. Qavrama qabiliyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.