2025-ci il üzrə plan yerləri açıqlanıb

12:06 - 30 İyul 2025 - Cəmiyyət

2025-ci il üzrə 60 489 plan yeri ayrılıb, bu yerlərə 126 928 nəfər sənəd verib.

Ucnoqta.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

"Bu ilki ixtisas seçimində 60 mindən artıq plan yeri elan olunub və 126928 nəfər qeydiyyatdan keçib. Hazırda I-IV ixtisas qrupları üzrə qabiliyyət imtahanları və apellyasiyalar davam edir. Bu proses yekunlaşdıqdan sonra ixtisas seçimi ilə bağlı abituriyent jurnalının 4-cü nömrəsi çap olunacaq. Bundan əlavə, "İxtisas seçimində nələrə diqqət edilməli?" broşurları da çap olunacaq".

Xəbər xətti