2026-cı il "Formula 1 Azərbaycan Qran-Prisi"nin vaxtı müəyyənləşib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Formula 1"in saytı məlumat yayıb. Məlumata görə, Bakıda yarışlar sentyabrın 25-27-də keçiriləcək.
Mövsümə isə martın 6-8-də Avstraliya Qran-Prisi ilə start veriləcək.
Xatırladaq ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.