ABŞ prezidenti Donald Trampın oğulları Erik və Donald Jr. Qazaxıstanda volfram mədən şirkətində pay alıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.
FT-nin məlumatına görə, 2025-ci ilin avqust ayında qardaşlar "Skyline Builders" tikinti qrupunda pay alıblar. Şirkət daha sonra mədən şirkəti olan "Kaz Resources"də 20% pay alıb.
30 apreldə "Cove Kaz Capital" və "Kaz Resources Skyline" ilə birləşmək barədə razılığa gəliblər.
Yeni şirkət "Nasdaq"da "Kaz Resources ticker" simvolu altında ticarət etməyi planlaşdırır. Qəzetin qeyd etdiyi kimi, birləşməni elan edən mətbuat açıqlamasında qardaşlardan heç biri qeyd edilməyib.