İran üç həftə ərzində 10 nüvə başlığı istehsal etmək gücünə malik olacaq - Pentaqon

20:54 - 10 İyun 2025 - DÜNYA

İran üç həftə ərzində 10-a qədər nüvə başlığı istehsal etmək gücünə malikolacaq.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla deyib.

“Əgər İran rejimi sürətləndirilmiş nüvə silahı proqramına başlamaq qərarına gəlsə, təxmin edilir ki, bir neçə zənginləşdirmə obyektlərində mövcud ehtiyatlar və sentrifuqalar təxminən bir həftə ərzində ilk 25 kiloqram silah dərəcəli nüvə materialı və üç həftə ərzində 10-a qədər nüvə başlığını istehsal etmək üçün kifayətdir" - Kurilla bildirib. 

"Əgər İran nüvə silahı əldə edərsə, bölgədəki digər ölkələr nüvə silahı əldə etmək üçün əllərindən gələni edəcəklər, ya onları inkişaf etdirəcəklər, ya da satın alacaqlar ki, İrana qarşı çəkindirici qüvvə saxlaya bilsinlər".

Xəbər xətti