Əhalinin banklardakı əmanətlərinin məbləği artıb

17:28 - 12 Dekabr 2025 - İQTİSADİYYAT

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 2025-ci il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 15907,1 milyon manat təşkil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əmanətlərin 68,8 faizi milli, 31,2 faizi xarici valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,7 faiz artıb.

Xəbər xətti