Ermənistanın yeni Konstitusiya layihəsi hazırdır

14:00 - 16 Mart 2026 - Xəbər

Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusiya layihəsinin hazır olduğunu açıqlayıb.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Srbuhi Qalyanın sözlərinə görə, mətnin hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin iclasında, eləcə də partiyanın parlament fraksiyasında müzakirəsi planlaşdırılır.

Nazir qeyd edir ki, layihənin dərc olunması ilə bağlı qərar partiyanın idarə heyəti daxilində müzakirələrdən sonra veriləcək.

Xəbər xətti