Xəzərdə itkin düşən balıqçılar tapıldı

18:58 - 12 Dekabr 2025 - Xəbər

Dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb.

Ucnoqta.az-ın məlumatına görə, Astarada dənizdə itkin düşən 30 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənovun axtarışları yekunlaşıb. 

Balıqçılar İran sahillərində yük gəmisi tərəfindən sağ tapılıblar.

Xəbər xətti