Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 12-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.