İtkin düşən balıqçıların axtarışları davam edir

13:14 - 11 Dekabr 2025 - ÖLKƏ İÇİ

Xəbər verdiyimiz kimi, dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb.

FHN-dən bildirilib ki, hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir.

Qeyd edək ki, rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizə çıxıb və geri qayıtmayıblar. İtkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

Xəbər xətti