AFFA "Neftçi"ni cərimələdi

12:38 - 10 Dekabr 2025 - Ədəbiyyat

AFFA İntizam Komitəsi "Neftçi"ni azarkeşlərinin davranışına görə cərimələyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

Misli Premyer Liqasının XIV turunun "Sabah"la səfər oyununda "Neftçi"nin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimələnib.

"Sumqayıt" – "İmişli" oyununun 90+13-cü dəqiqəsində isə meydan sahiblərinin məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, bu səbəbdən 1 oyunu buraxacaq, "Sumqayıt" 1000 manat cərimə ödəyəcək.

"İmişli" komandası isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Xəbər xətti