NATO üzv ölkələrinin ABŞ-ın hərbi ittifaqdan çıxması üçün ehtiyat planı yoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Politico mənbələrə istinadən məlumat yayıb.
Mənbələrinə görə, NATO diplomatları Vaşinqtondan gələn siqnalları real hərəkətə hazırlıq kimi deyil, Aİ-yə xarici siyasətini Asiya və Arktika bölgələrinə yönəltmək üçün bir siqnal kimi şərh edirlər.
Adı çəkilməyən NATO diplomatı iddia edir ki, NATO ən böyük tərəfdaşı olan ABŞ-nin getməsindən sonra gələcəyi planlaşdıra bilməz, çünki bu, hərbi blokun məqsədinə ziddir.