Turistlər Türkiyədə köhnə 50 və 100 dollarlıq əskinasların qəbul edilməməsindən şikayətlənməyə başlayıblar.
Ucnoqta.az bildirir ki, bu barədə Türkiyənin "Türkiyə" qəzeti məlumat verib.
"Valyutadəyişmə məntəqələrində və bankomatlarda 50 dollarlıq əskinasların, eləcə də bəzi köhnə 100 dollarlıq əskinasların qəbul edilməməsi ilə bağlı şikayətlərin sayında artım qeydə alınır. Bu təcrübə turistlər üçün ödənişləri çətinləşdirir və yerli sakinlər üçün narahatlıq yaradır", - deyə nəşr bildirir.
Müəlliflər qeyd edirlər ki, saxtakarlığın artması səbəbindən köhnə əskinasların istifadəsi ilə bağlı siyasət sərtləşdirilib. Nəticədə, 50 və 100 dollarlıq əskinaslar ya qəbul edilmir, ya da bazar məzənnəsindən iki-üç türk lirəsi aşağı məzənnə ilə qəbul edilir.