Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyanın həqiqi üzvü olaraq qalmasına imkan vermir.
Ucnoqta.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, AMEA-da Ramiz Mehdiyevin üzvlük məsələsinə baxılacaq və lazımi qiymət veriləcək: “Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycan müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər, barəsindəki ittihamlar onun akademiyanın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə Akademiyada baxılacaq və lazımi qərar qəbul ediləcək”.