Sərnişin uçuş zamanı təyyarənin qapısını açmağa cəhd etdi

11:20 - 12 Dekabr 2025 - HADİSƏ

Təyyarə səmada olarkən sərnişinlərdən biri qapını açmağa çalışıb.

Ucnoqta.az bildirir ki, bu barədə RMF 24 Cathay Pacific-ə istinadən məlumat verib.

Hadisə Bostondan Honkonqa uçuş zamanı baş verib. Aviaşirkət bildirib ki, ekipajın sürətli reaksiyası təhlükənin qarşısını alıb.

Təyyarə təyinat yerinə təhlükəsiz şəkildə çatıb və xəsarət alan olmayıb.

Hadisə barədə polisə məlumat verilib. Hüquq-mühafizə orqanları uçuş təhlükəsizliyi qaydalarını pozmaqda şübhəli bilinən Çindən olan 20 yaşlı kişini saxlayıb.

Xəbər xətti