Azərbaycan millisi Macarıstana da uduzdu

21:52 - 10 İyun 2025 - İDMAN

Azərbaycanın futbol üzrə milli komandası Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib

Ucnoqta.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu yığma keçirdiyi növbəti yoldaşlıq oyununda da məğlub olub.

Qarşılaşma rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 7-ci dəqiqəsində milli komanda rəqibin qapısından top keçirsə də üç dəqiqə sonra rəqib hesabı bərabərləşdirib. Macarıstan yığması Dominik Soboslai (33) qolu ilə irəli çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

Xəbər xətti