Qəzza zolağında humanitar yardım paylama məntəqəsi yaxınlığında növbəsini gözləyən fələstinli dinc əhalini İsrail hərbçilərinin atəşə tutması nəticəsində azı 10 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, insident Fələstin anklavının mərkəzi hissəsində yerləşən Netzarim keçid məntəqəsi yaxınlığında baş verib. Qeyd olunur ki, daha 200 nəfər yaralanıb.
Kanal həmçinin Qəzzanın cənub bölgələrinə, xüsusən də Xan Yunis şəhərinə kütləvi hava və artilleriya zərbələri endirdiyini bildirib.