Tramp Zelenski ilə 28 dekabrda görüşə bilər

10:49 - 26 Dekabr 2025 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar üçün 28 dekabrda ABŞ-a səfər etməsi gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Kyiv Post" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, qarşıdan gələn görüş ABŞ prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında baş tuta bilər və Kiyev rəhbərliyi ABŞ-a səfər üçün hazırlıqlara başlayıb.

Xəbər xətti