Keçmiş nazir Ukrayna ilə müharibədə həlak oldu

18:42 - 11 İyun 2025 - DÜNYA

Saratov vilayətinin ərazi qurumları üzrə keçmiş naziri Pavel Belikov xüsusi əməliyyat zamanı ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun doğulduğu Novuzenski rayonunun administrasiyası məlumat verib.

Bildirilir ki, Belikov Markovski qəsəbəsi ərazisində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

2008-ci ildə Belikov bölgənin regional inkişaf naziri, 2009-cu ildə Saratov vilayətinin ərazi qurumları naziri vəzifələrində çalışıb. 2012-ci ildə istefa verib.
Daha sonra o, Rusiya Federal Penitensiar Xidmətinin Konserv Zavoduna rəhbərlik edib.

2018-ci ildə o, zavodda mənimsəmə işində təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti