ABŞ-Ukrayna danışıqları beş saatdan çox davam etdi

00:00 - 15 Dekabr 2025 - DÜNYA

Berlin şəhərində Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüş beş saatdan çox davam etdikdən sonra başa çatdı.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın "Novosti Live" nəşri prezident Volodimir Zelenskinin ofisindəki mənbələrə istinadən məlumat verib.

Zelenski danışıqların gedişatı ilə bağlı bazar ertəsi günü, növbəti raund başa çatdıqda şərh vermək niyyətindədir.

"Obşçestvennoye Novosti" nəşri öz növbəsində komandaların işlərini bazar ertəsi səhəri davam etdirmək barədə razılığa gəldiklərini aydınlaşdırıb.

Xəbər xətti