Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.
Ucnoqta.az unikal.az-a istinadən xəbər verir ki, ölən şəxs avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılovadır.
Xəsarət alanlar sürücü 2001-ci il təvəllüdlü Ş.Hüseynova və avtomobildə olan sərnişin 2021-ci il təvəllüdlü Əlidir.
Qeyd edək ki, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləri olub.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.