Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.
Ucnoqta.az "Banker.az”a istinadən xəbər verir ki, Rövşən Tofiq oğlu Didavari 2025-ci ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
R.Didavari 2022-2023-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Müraciətlərə baxılması departamentinin Qəbul şöbəsində mütəxəssis, 2023-2024-cü illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Yazılı müraciətlərə baxılması şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.