Cənubi Afrikada daşqın və qar 49 nəfərin həyatına son qoyub

23:31 - 11 İyun 2025 - DÜNYA

Cənubi Afrikada daşqınlar, güclü küləklər, torpaq sürüşmələri və qar yağışları 49 nəfərin həyatına son qoyub.

Ucnoqta.az xəbər verir ki. bu barədə ölkənin ən çox zərər çəkmiş Şərqi Keyp əyalətinin hökumət başçısı Lubabalo Oskar Mabuyane bildirib.

O, əlavə edib ki, sel içərisində uşaqların olduğu məktəb mikroavtobusunu aparıb, nəticədə dörd şagird və iki böyük ölüb, daha dörd məktəblinin axtarışları davam edir.

Təbii fəlakət səbəbindən yüzlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığı, mühüm infrastrukturun zədələndiyi və ya dağıldığı qeyd edilir.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Xəbər xətti