ABŞ-İran nüvə danışıqlarının altıncı raundu bazar günü, iyunun 15-də Maskatda keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə danışıqlar prosesinə vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İran-ABŞ danışıqlarının altıncı raundunun bu bazar günü Maskatda baş tutacağını təsdiq etməkdən məmnunam” - nazir qeyd edib.