Vəkil olmaq istəyənlərin nəzərinə: Qeydiyyat başladı

11:50 - 8 Yanvar 2026 - Xəbər

Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 8 yanvar 2026-cı il tarixindən başlayıb. 

Ucnoqta.az xəbər verir ki, namizədlərin nəzərinə çatdırılır ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid etməlidirlər.

VK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.

Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Onu da xatırladaq ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajı bir ilədək azaldılıb. 

Xəbər xətti