18-ci anti-Rusiya sanksiyalar paketinin qəbulu “gələn həftədən gec olmayaraq” gözlənilir.
Ucnoqta.az xarici mətbuata istinadə xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Danimarkanın baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransı zamanı deyib.
"Əgər hər şey plan üzrə getsə, gələn həftə qəbul ediləcək", - Merts deyib.
Xatırladaq ki, mayın 20-də Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.
Bundan dərhal sonra Avropa diplomatiyasının rəhbəri Kaja Kallas 18-ci anti-Rusiya sanksiyalar paketinə hazırlıqlara başlandığını elan edib. Onun sözlərinə görə, Aİ bu addımı ona görə atır ki, “Rusiya sülh istəsin”.