Alyaska yaxınlığında yük gəmisində yanğının davam edir

12:09 - 12 İyun 2025 - DÜNYA

Sakit okeanda Alyaska sahillərində sürünən “Morning Midas” yük gəmisində baş verən yanğın hələ də söndürülməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyunun 10-da Alyaska ştatı üzrə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, gəmi Adak şəhərindən 407 km aralıdadır. 

Britaniyanın “The Daily Mail” qəzeti öz növbəsində yanğının başlamasından bir neçə gün sonra gəmidən tüstü külünün qalxdığını qeyd edib.

“Morning Midas” gəmisində yanğınla bağlı xəbər iyunun 4-də yayılıb. Həmin vaxt gəmi Alyaskadan 482 km aralıda olub, göyərtəsində 22 nəfər olub. İtkilər barədə məlumat verilmir.

Xəbər xətti