Tədqiqatçılar insanların sağlamlığı və həyatı üçün ən böyük risklərlə üzləşdiyi yaşı müəyyən ediblər.
Bu dövrün həm kişilər, həm də qadınlar üçün özünəməxsus xüsusiyyətləri var. Məhz bu illərdə bədən fiziki və psixoloji stressə ən çox həssas olur.
Ucnoqta.az xəbər verir ki, ABŞ və Finlandiyadan olan alimlər kişilərin və qadınların sağlamlıqlarına xüsusilə diqqətli olmalı olduqları yaşı müəyyən ediblər.
Texas Sağlamlıq Mərkəzi və Helsinki Universiteti Baş Xəstəxanasının mütəxəssisləri uzunmüddətli bir araşdırma apararaq damar xəstəliklərindən ölüm riskinin yüksək olduğu yaşı müəyyən ediblər.
Tədqiqatçılar müxtəlif irqlərdən olan insanların minlərlə tibbi qeydini diqqətlə təhlil ediblər.
Kişilər üçün ən təhlükəli yaşın 40 yaşdan sonra başladığı məlum olub. Lakin qadınlar 30 yaşdan sonra sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər.
Alimlər məhz bu yaş kateqoriyalarında kişilərin və qadınların infarkt və ya insult riskinin yüksək olduğunu qeyd ediblər. Bu xəstəliklərin inkişafına səbəb olan amillər stress, siqaret çəkmə, alkoqol və zəif qidalanmadır.