Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Xatırladaq ki, hadisə işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.