ABŞ-da zirehli yük maşınından 1,8 milyon dollar oğurlandı

07:53 - 22 Aprel 2026 - Xəbər

Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı cinayətkar 1,8 milyon dollarlıq zirehli yük maşınından oğurluq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli 6ABC televiziya kanalı polis mənbələrinə istinadən məlumat verib.

Mənbənin məlumatına görə, hücum 21 apreldə yerli vaxtla təxminən saat 9:45-də baş verib. Avtomatlarla silahlanmış iki şəxsin hadisə yerindən mavi rəngli maşınla qaçdıqlarını bildirirlər. Polis daha sonra onu başqa bir ərazidə tərk edilmiş vəziyyətdə tapıb.

Cinayətkarların tutulmasının mümkün olmadığı bildirilir. İstintaqa Federal Təhqiqat Bürosu rəhbərlik edir.

Xəbər xətti