BƏƏ Yaxın Şərq münaqişəsi fonunda ABŞ ilə mümkün maliyyə dəstəyi barədə danışıqlara başlayıb.
Ucnoqta.az xəbər verir ki, The Wall Street Journal (WSJ) bu barədə BƏƏ və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, BƏƏ nümayəndələri danışıqlar zamanı ABŞ rəsmilərinə bildiriblər ki, dollar çatışmazlığı baş verərsə, ölkə Çin yuanından və ya digər valyutalardan neft satışı və digər əməliyyatlar üçün istifadə etməyə məcbur ola bilər.
Qeyd olunur ki, BƏƏ başqa valyutaya keçərsə, qismən neft əməliyyatlarında istifadəsinə görə qlobal valyutalar arasında dominant mövqe tutan ABŞ dolları üçün gizli təhlükə yarada bilər.
WSJ qeyd edir ki, BƏƏ dirhəmi dollara bağlıdır və təxminən 270 milyard dollarlıq valyuta ehtiyatları ilə dəstəklənir.