Tbilisidə azərbaycanlı tələbənin meyiti tapıldı

09:55 - 20 Aprel 2026 - HADİSƏ

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı qızın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub.

Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar. Onlar yaşadıqları rayona qayıtdıqdan sonra gənc qızın rəfiqəsi Aysunun yaşadığı evin qapısının bağlı olduğunu, onunla əlaqə saxlaya bilmədiyini deyib. Qapı açıldıqdan sonra A.Quliyevanın meyiti aşkar edilib. ///Qafqazinfo

Xəbər xətti