“Azərpoçt”un rəhbəri işdən çıxdı

10:11 - 20 Aprel 2026 - Xəbər

"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.

Ucnoqta.az Report-a istinadla xəbər verir ki, o, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin üzvü olub.

Xəbər xətti