Fransanın CMA CGM şirkətinə məxsus gəmi 18 apreldə Hörmüz boğazında xəbərdarlıq atəşinə tutulub.
Ucnoqta.az xəbər verir ki, AFP bu barədə şirkətə istinadən məlumat yayıb.
Agentlik gəmidəki heyət üzvlərindən heç birinin xəsarət almadığını qeyd edib.
Beynəlxalq Dəniz Təşkilatı (IMO) öz növbəsində CMA CGM Everglade gəmisinin şənbə günü zədələndiyini açıqlayıb, lakin əlavə məlumat verməyib.