Yaponiyanın şimalındakı Honşu adasında 7,5 bal gücündə güclü zəlzələ baş verib.
Ucnoqta.az xarici mətbuata istinadənxəbər verir ki, Yaponiyanın Hokkaydo, Aomori, İvate, Miyagi və Fukusima prefekturalarında 171.000-dən çox insana ölkənin şimal-şərq sahillərində baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi səbəbindən təxliyə olunmaları tövsiyə edilib. Bu barədə NHK məlumat yayıb.
Zəlzələdən sonra meteoroloqlar 3 metrə qədər hündürlükdə sunami xəbərdarlığı ediblər. Bəzi ərazilərdə 80 sm-ə qədər hündürlükdə dalğalar artıq sahilə çatıb. Daha yüksək dalğaların riski qalmaqdadır.