İran Hörmüz boğazında Hindistan gəmilərinin atəşə tutulmasını araşdıracaq

12:05 - 20 Aprel 2026 - DÜNYA

İran hakimiyyəti Hörmüz boğazında Hindistan gəmiləri ilə bağlı atəşə tutulan hadisə ilə bağlı araşdırma aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi bildirib.

"Sizin istinad etdiyiniz hadisə ilə bağlı səlahiyyətli orqanlarımız atəşin qüvvələrimiz tərəfindən törədilib-törədilmədiyini araşdırır. Bu məsələ nəzərdən keçirilir", - deyə o, mətbuat konfransında məsələ ilə bağlı suala cavab olaraq bildirib.

Xəbər xətti