Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi

12:58 - 20 Aprel 2026 - ÖLKƏ İÇİ

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib.

Ucnoqta.az xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.///APA

Xəbər xətti