Sumqayıtda su təchizatı dayandırılacaq

18:00 - 22 Aprel 2026 - Xəbər

Sumqayıt şəhərində 12 min abonentin içməli su təchizatında müvəqqəti məhdudiyyət olacaq.

Ucnoqta.az xəbər verir ki, aprelin 22-də saat 21:00-dan etibarən səhər saatlarınadək suyun verilişi dayandırılacaq.

Fasilə 48, 50, 51, 53-cü məhəllələri, 16 və 17-ci mikrorayonların beşmərtəbəli binaları, 18-ci mikrorayon, eləcə də Corat qəsəbəsinin bəzi hissələrini, ümumilikdə 12 minə yaxın abonenti əhatə edəcək.

Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.

Xəbər xətti