Çində uşağın başına düşən tısbağanın sahibi qurbanın yaxınlarına külli miqdarda təzminat ödəyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sin Chew Daily qəzeti məlumat yayıb.
Zhao ailəsi Çinin Quanqdonq əyalətində yaşayış kompleksinin həyətində azyaşlı oğlu ilə gəzərkən qəfildən tısbağa böyük hündürlükdən uşağın başına düşüb. Nəticədə o, ağır xəsarətlər alıb və həkimlər onu xilas edə bilməyiblər.
Müəyyən edilib ki, tısbağa kompleksin Zhang adlı sakininə məxsusdur. Zərərçəkənin valideynləri tısbağanın sahibi, idarəedici şirkət və sığorta şirkətindən təzminat tələb edərək məhkəməyə müraciət ediblər. Lakin məhkəmə müəyyən edib ki, yalnız heyvanın sahibi məsuliyyət daşıyır.
Məhkəmə qərarına əsasən, Zhang Zhao ailəsinə 1,28 milyon yuan məbləğində təzminat ödəməyə borcludur. Hökmdən sonra Zhang apellyasiya şikayəti verib.