Qəzzada ölənlərin sayı 55 mini keçib

16:58 - 11 İyun 2025 - DÜNYA

2023-cü ilin oktyabr ayından bu yana İsrail silahlı qüvvələrinin hərbi əməliyyatları və atəşi nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin ümumi sayı 55 mini keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, 127 mindən çox insan xəsarət alıb.

Qeyd olunur ki, son 24 saat ərzində həkimlər və xilasedicilər Qəzza zolağında daha 123 münaqişə qurbanının cəsədini aşkar ediblər, 470-dən çox zərərçəkən isə tibbi yardıma müraciət edib. Çoxlu cəsədin hələ də dağılmış binaların dağıntıları altında qaldığı iddia edilir.

Xəbər xətti