2025-ci ilin avqustunda çatdırılacaq Brent markalı neft fyuçerslərinin qiyməti artımı bir barel üçün 68,3 dollara qədər sürətlənib
Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, bu da günün maksimum dəyəri olub.
Birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 2,15% artaraq 2025-ci il aprelin 23-dən bəri ilk dəfə bir barel üçün 68 dollardan yuxarı qalxaraq 68,03 dollar olub.
2025-ci ilin iyul ayında çatdırılma üçün WTI neftinin fyuçersləri 2,59% artaraq bir barel üçün 66,64 dollara çatıb.