İspaniyanın Baş naziri Pedro Sançes Madridin Kiyevə müxtəlif formalarda 2 milyard avrodan çox yardım ayırdığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Baş nazir mətbuat konfransında bildirib.
"Biz Ukraynaya hərbi yardım da daxil olmaqla, bütün növ yardımlarda 2 milyard avrodan çox yardım göstərmişik" - o, qeyd edib.
Noyabr ayında Madriddə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Sançes Kiyev üçün 615 milyon avro dəyərində yeni hərbi yardım paketi vəd edib.