ÇXR sədri Si Cinpin iyunun 16-17-də Qazaxıstana səfər edəcək və respublika prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, səfər zamanı Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı yüksək səviyyədə ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.